Aliyə Qarayev, Anna Qurbanova və Samirə Mustafayeva dünya çempionatında mübarizəni davam etdirirlər
Moskvada "Olimpiyski" idman kompleksində bədii gimnastika üzrə 30-cu dünya çempionatı yarışlarının üçüncü günü başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, üçüncü gün azərbaycanlı gimnastlar lentlə tapşırığı yerinə yetiriblər.
Azərbaycanlı idmançılardan xalça üzərinə birinci çıxan Samirə Mustafayeva olub. O, 25.1 bal toplayıb. Üç proqramın yekunlarına görə isə S.Mustafayeva cəmi 76.05 bal toplayıb.
Lentlə tapşırıqlarda Anna Qurbanova hakimlərdən 26.15, üç çıxışın yekunlarına görə isə 78.8 bal alıb.
Üçüncü çıxış edən Aliyə Qarayeva klass və lider statusunu təsdiq edib. Onun lentlə tapşırığa görə 27.4, üç çıxışa görə isə 81.75 bal toplayıb.
Azərbaycan komandası üçgünlük qiymətləndirməyə görə 236.6 bal qazanaıb.
Bu gün qızlarımız topla oyun nümayiş etdirəcəklər, axşam isə top və lentlə hərəkətlərlə finallar olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB