Azad Rəhimov: “Totalizator köşkləri açmaq istəyənlər “postterminal” aparatı almaq üçün 3 min manat ödəməlidirlər” - AÇIQLAMA

Azad Rəhimov: “Totalizator köşkləri açmaq istəyənlər “postterminal” aparatı almaq üçün 3 min manat ödəməlidirlər” - AÇIQLAMA

"Yaxın vaxtlarda Azərbaycanda totalizator fəaliyyətə başlayacaq". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə verdiyi açıqlamada bildirib. O, danışılmış oyunların kökündə totalizatorun olduğunu, ancaq Azərbaycanda ölkə çempionatlarına azarkeşlərin pul qoya bilməyəcəklərini vurğulayıb. Nazir deyib ki, totalizator köşkləri açmaq istəyənlərdən lisenziya tələb olunmayacaq: "Totalizator köşkləri açmaq istəyənlər "postterminal" aparatı almaq üçün 3 min manat ödəməlidirlər. Köşk bağlanan zaman isə bu pul onlara geri qaytarılır". A.Rəhimov bildirib ki, həmin şəxslərin bu işləri görmələri üçün bankda da bir miqdar pulları olmalıdır və bu pullar da köşk bağlanan zaman geri qaytarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə