Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri satışa çıxarılır. SİA-nın məlumatına görə, azarkeşlər sabah saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manatdır.
Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” matçı avqustun 15-də saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB