Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının 7-ci günü Ramil Quliyev üçün uğurlu alınıb. Türkiyəni təmsil edən azərbaycanlı atlet 200 metr məsafəyə yarışda hamını qabaqlayıb.
SİA-nın məlumatına görə, R.Quliyevin bu uğuruna futbol üzrə Türkiyə milli komandasının kapitanı, “Barselona”nın futbolçusu Arda Turan biganə qalmayıb. Sosial şəbəkədə R.Quliyevin Azərbaycan və Türkiyə bayrağı ilə olan fotosunu paylaşan Arda “Yaşasın Türkiyə və Azərbaycan və qardaşlığı" yazıb.
Qeyd edək ki, Arda Turan vaxtilə “Atletiko”nun futbolçusu kimi Azərbaycana səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB