"Neftçi" və "Xəzər-Lənkəran"ın veteranları arasında yoldaşlıq görüşü keçiriləcək
Sentyabrın 25-də "Neftçi" və "Xəzər-Lənkəran"ın veteranları arasında yoldaşlıq görüşü keçiriləcək. SİA-nın məlumatına görə, bu haqda flaqmanın rəsmi saytına "Neftçi" Veteranlar Klubunun prezidenti Oqtay Abdullayev açıqlama verib. Onun sözlərinə görə, oyunun keçirilməsində əsas məqsəd həm "Neftçi"yə dəstək vermək, həm də regionlarda futbolu təbliğ etməkdən ibarətdir: "Neftçi" PFK-nın rəhbərliyi ilə birgə derbi öncəsi veteranlar arasında belə bir görüş keçirmək qərara almışıq. Oyunun təşkilində "Neftçi"nin prezidenti Sadıq Sadıqov və "Xəzər-Lənkəran" rəhbərliyinin böyük əməyi olub. Bu köməyə görə, onlara dərin minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, Azərbaycanda futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Dövlət başçısı İlham Əliyevin futbolun inkişafına dair imzaladığı Dövlət Proqramı müvəfəqqiyyətlə icra olunur. Biz - futbol veteranları bu proqramın müddəalarının daha uğurla həyata keçirilməsi, futbolumuzun inkişafı üçün əlimizdən gələni əsirgəmirik. "Neftçi" və "Xəzər-Lənkəran" veteranlarının qarşılaşması qardaşlıq mühitində keçəcək. Yoldaşlıq görüşü sayəsində həm bizdən bir neçə saat sonra meydana çıxacaq sevimli "Neftçi" PFK-ya dəstək verəcəyik, həm də regionda bu idman növünün kütləviliyinə çalışacağıq. Eyni zamanda, bu oyun payızda Bakıda veteran komandalar arasında təşkili nəzərdə tutulan beynəlxalq turnirə hazırlıq xarakteri daşıyacaq".
"Xəzər-Lənkəran"la qarşılaşmada "Neftçi"nin heyətində Faiq Əzizov, Hüseyn Məhəmmədov, Tərlan Əhmədov, Vəli Qasımov, Elmir Xankişiyev, Bəxtiyar Musayev, İqor Getman, Vidadi Rzayev, Telman Əzizov, Samir Ələkbərov, Vaqif Sadıqov və başqaları forma geyinəcəklər. Oyunun hakimi Rüstəm Rəhimov olacaq. Yoldaşlıq görüşünü izləmək üçün digər veteran futbolçularımız - Ələkbər Məmmədov, Çingiz İsmayılov, Valeri Hacıyev, Yaşar Babayev də Lənkərana səfər edəcək. Matç sentyabrın 25-də saat 15:00-da Lənkəran Olimpiya Kompleksinin stadionunda başlanacaq.
Oqtay Abdullayev sentyabrın 25-də saat 19:00-da Premyer Liqanın 7-ci turu çərçivəsində Lənkəran şəhər stadionunda start götürəcək "Xəzər-Lənkəran" - "Neftçi"matçı haqda da fikirlərini bildirib: "Premyer Liqada "Xəzər-Lənkəran" və "Neftçi" arasındakı oyunlar həmişə böyük maraq doğurur. Bu iki kollektivin qarşılaşmaları ölkədə futbolun populyarlaşmasına, stadionlarda əsl futbol həyəcanı yaşamağımıza şərait yaradır. Hər iki komandanın futbolçularını, azarkeşlərini təxribata getməməyə və "Fair play" qaydalarına əməl etməyə səsləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB