Ramil Quliyev: “Azərbaycan bayrağını qaldırmaq arzum idi" AÇIQLAMA
Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev 200 metr məsafəyə qaçışda dünya çempionu olub. SİA-nın məlumatına görə, o, bununla bağlı “TRT Spor”a açıqlama verib. R.Quliyev uğur qazanacağına əvvəlcədən inandığını bildirib: “Ötən ildən bu yarışa hazırlaşırdım. Uğurlu çıxış edəcəyimə əmin idim. Tokioda keçiriləcək 2020 Yay Olimpiya Oyunlarında da uğur əldə etməyə çalışacağam. Çox istərdim ki, Useyn Boltla rəqib olum. Amma alınmadı”.
R.Quliyev qələbəni Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etməsinə də münasibət bildirib: “Azərbaycan bayrağını qaldırmaq arzum idi və bunu etdim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB