Bu gün Topaz Premyer Liqasında 2017/2018 mövsümü başlayacaq. SİA-nın məlumatına görə, tura bir oyunla start veriləcək. Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşacaq. 8-ci km qəsəbə stadionunda keçiriləcək görüşdə “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcək. Əvvəlki bütün çempionatlarda iştirak edən komandaların növbəti dueli maraqla gözlənilir. Azərbaycan derbisi saat 21:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.
Azərbaycan Premyer Liqası
I tur
11 avqust (cümə)
21:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB