"Beşiktaş" Qari Medeli heyətinə cəlb edib

"Beşiktaş" Qari Medeli heyətinə cəlb edib

"Beşiktaş" növbəti transferini həyata keçirib. Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, İstanbul klubu İtaliya "İnter"inin müdafiəçisi Qari Medeli heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanacaq. 30 yaşlı oyunçu yeni klubunda ilinə 2 milyon 300 min avro maaş alacaq. Qeyd edək ki, Q.Medelin bu gün "Beşiktaş"da tibbi müayinədən keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə