"Monako"nun futbolçusu Kilian Mbappe PSJ ilə razılığa gəlib. Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" qəzeti yazıb. Bildirilib ki, müqavilənin bütün şərtləri razılaşdırılıb. Paris klubunun yaxın günlərdə bu transferi rəsmən açıqlayacağı iddia edilib.
Bu transfer üçün PSJ "Monako"ya 160 milyon avro ödəyəcəyi yazılıb. Bundan başqa, "Monako"ya 20 milyon avro bonus ödəniləcək. Xəbərdə o da qeyd olunub ki, K.Mbappe "Real"a transfer olunmaq istəsə də, 18 yaşlı hücumçunun atası onu daha çox maaş verəcək PSJ-yə keçməyə razı salıb.
Qeyd edək ki, PSJ bundan əvvəl Neymarın transferi üçün "Barselona"ya 222 milyon avro təzminat ödəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB