Azərbaycan - San Marino matçının biletləri satışa çıxarılıb

Azərbaycan - San Marino matçının biletləri satışa çıxarılıb

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:

VIP – 25 AZN

1-ci kateqoriya – 4 AZN

2-ci kateqoriya – 1 AZN

Bütün xəbərlər Facebook səhifəmizdə