Rusiya çempionatının 5-ci turunda keçirilən “Rubin” - “Lokomotiv” oyununda faciə yaşanıb. SİA-nın məlumatına görə, oyun zamanı “Rubin”in azarkeşi Vyaçeslav Qritskov həyatını itirib.
Onun halı qəflətən pisləşib. Həkimlər azarkeşə yardım göstərsələr də, Vyaçeslavın həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun 60 yaşı olub. “Rubin” azarkeşin ölümü ilə bağlı başsağlığı verib. Başsağlığında bunun bütün “Rubin” ailəsi üçün itiki olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB