"Sivasspor"un futbolçusu klubun bazasında kəllə-beyin travması alıb
Türkiyə Superliqasında çıxış edən "Sivasspor"un gənc oyunçusu Berkan Ercan bədbəxt hadisə ilə üzləşib. SİA-nın məlumatına görə, hadisə klubun məşq bazasında yaşanıb.
Belə ki, komanda yoldaşlarıyla məşqi yüngül qaçışla tamamlamaq istəyən futbolçu hərəkətdə olan klub avtobusunun açıq qapısı ilə toqquşub. Zərbənin təsirindən huşunu itirən Ercanı xəstəxanaya çatdırıblar.
Həkimlərin müayinəsindən sonra məlum olub ki, 21 yaşlı oyunçu kəllə-beyin travması alıb. Klubdan verilən məlumata görə, hazırda futbolçunun durumu yaxşılaşmağa başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB