İtaliya Futbol Federasiyası Campyero Ventura ilə yeni müqavilə imzalayacaq

İtaliya Futbol Federasiyası Campyero Ventura ilə yeni müqavilə imzalayacaq

İtaliya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Campyero Ventura ilə bağlı qərar verib. SİA-nın məlumatına görə, Ventura ilə yeni müqavilə imzalanacaq. Ventura 2020-ci ilə kimi "skuadra azzura"nın baş məşqçisi postunda çalışacaq.

Qeyd edək ki, taliya yığması Venturanın rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 6 oyun keçirib və 5 qələbə, 1 heç-heçə sayəsində topladığı 16 xalla İspaniya ilə 1-2-ci yerləri bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə