Əmrə Mor “Borussiya”dan ayrılır

Əmrə Mor “Borussiya”dan ayrılır

Türkiyə millisinin üzvü Əmrə Mor Dortmund “Borussiya”sının mövsüm öncəsi fotosessiyasında iştirak etməyib. SİA-nın məlumatına görə, buna səbəb 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin komandasını dəyişəcəyidir.

Ə.Morun iki illik müddətə "İnter"ə icarəyə veriləcəyi gözlənilir. Futbolçunun xidmətində Türkiyənin "Fənərbaxça” klubu da maraqlıdır. Hətta klubun məşhur azarkeşi, iş adamı Acun İlıcalı da transferin reallaşmasına dəstək göstərir.

Xatırladaq ki, Əmrə Mor 2016-cı ilin iyun ayında 9,5 milyon avroya Danimarkanın “Norşellann” klubundan “Borussiya”ya keçib. O, ötən mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda 1 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə