Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının finalına çıxıb. SİA-nın məlumatına görə, yarımfinalda 200 metr məsafəyə qaçışda finişə birinci çatan Ramil finala vəsiqə qazanıb. O, finişə 20.17 saniyəyə çatıb. Quliyev bu gün finalda 8 nəfərlə qızıl medal uğrunda yarışacaq.
Qeyd edək ki, Azərbaycanı təmsil edən efiopiyalı Hayle İbrahimov 5 min metr məsafəyə qaçışda 13:32.15 dəqiqəyə finişə çatıb. 12-ci olan İbrahimov finala çıxa bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB