Yığmamız Sloveniya millisi ilə heç-heçə edib

Yığmamız Sloveniya millisi ilə heç-heçə edib

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milllisi qitə birinciliyinə hazırlıqları davam etdirir. SİA-nın məlumatına görə, hazırda Sloveniyada təlim-məşq toplanışında olan komandamız ilk yoldaşlıq oyununu keçirib.

Hazırlıqları Mariborda davam etdirən millimiz Sloveniya kollektivi ilə qarşılaşıb. Oyunun ilk iki hissəsində sloveniyalı xanımlar çətinliklə qələbə qazana biliblər. Sonradan üstünlüyü ələ alan Faiq Qarayevin yetirmələri növbəti setləri öz xeyirlərinə başa vurublar. Dörd hissə davam etmiş görüşdə qalib müəyyənləşməyib və 2:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, yığmamızın bir neçə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə