“Qarabağ” – “Kopenhagen” matçının biletləri nə vaxt satışa çıxacaq?
Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının biletlərinin satış tarixi bəlli olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı izləmək istəyən azarkeşlər avqustun 12-dən – şənbə günündən etibarən bilet ala biləcəklər.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkün olacaq. Qiymətlər sektorlara görə 1, 2, 3, 5 və 10 manat arasında satılacaq. VİP biletlər isə 50 manat dəyərində olacaq. Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB