“Real” İspaniya Superkubokunda “Barselona” ilə keçiriləcək oyuna ciddi itki ilə çıxacaq. Qol.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Luko Modriç cəzalı durumda olduğundan bu görüşü buraxacaq. Buna xorvatiyalı futbolçunun 3 il öncə aldığı cəza səbəb olub. İspaniyada superkubokun reqlamentinə əsasən, burda alınan cəzalar ancaq superkubok oyunlarına şamil olunur.
Qeyd edək ki, Modriç 2014-cü ildə “Atletiko” ilə superkubok oyununun (0:1) son dəqiqələrində qırmızı vərəqə almışdı. Xatırladaq ki, “Real” – “Barselona” oyunu avqustun 13-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB