Cəbhə bölgəsində “Açıq Əyləncəvi Futbol Məktəbləri”

Cəbhə bölgəsində “Açıq Əyləncəvi Futbol Məktəbləri”

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 09 avqust 2017-ci il tarixdə cəbhə bölgəsində yerləşən Tərtər rayonunda keçirilmişdir.

Tədbirdə Millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Aliyev, Millət vəkili İlham Məmmədov, İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, Tərtər rayon Cənclər və İdman İdarəsinin müdiri Emin Pənahov, layihənin kordinatoru Kərim Ağayev, rayon Uşaq-Gənclər və İdman məktəbinin direktoru Emin Quliyev və Şimal-Qərb Reqional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov iştirak etdilər.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayonundan seçilmiş deputat Sahib Aliyev və millət vəkili İlham Məmmədov çıxış ediblər. Onlar bildiriblər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Birinci Avropa Oyunlarında, RİO-2016 da və Bakıda keçirilmiş İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buana bariz nümunədir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə