Neymarın Fransanın PSJ klubunda debütü bu həftə də baş tutmayacaq. SİA-nın məlumatına görə, buna səbəb Liqa 1 rəhbərliyinin braziliyalı futbolçunun oynamasına icazə verməməsidir.
Məsələ burasındadı ki, futbolçunun transferi ilə bağlı beynəlxalq sertifikat hələ də Fransa Liqa 1-nə təqdim olunmayıb. Sözügedən sənədi isə İspaniya La Liqasının rəhbərliyi təqdim etməlidir. Amma məlum olmayan səbəblərdən Neymarın transfer vərəqi gecikir. Bu üzdən də "Barselona"nın sabiq üzvünün 2-ci turda "Genqam"la səfər oyununda da yeni komandasına kömək etməsi mümkün olmayacaq.
"Genqam" - PSJ matçı avqustun 13-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB