Aleksis Sançes "Lester"lə oyunu buraxacaq

Aleksis Sançes "Lester"lə oyunu buraxacaq

"Arsenal"ın futbolçusu Aleksis Sançes İngiltərə Premyer Liqasının ilk turunda "Lester"lə oyunu buraxacaq. SİA-nın məlumatına görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O bildirib ki, çilili hücumçu qarnındakı ağrılar səbəbindən bir və ya iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Arsenal" - "Lester" matçı avqustun 11-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə