"Şahdağ" "Nike" ilə əməkdaşlıq edəcək

"Şahdağ" "Nike" ilə əməkdaşlıq edəcək

I Divizionda mübarizə aparan "Şahdağ" yeni mövsümdən etibarən dünyanın ən məşhur geyim brendlərindən biri olan "Nike" ilə əməkdaşlıq edəcək.

SİA-nın məlumatına görə, bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb. Qusar təmsilçisi 2017/2018 mövsümündə bu şirkətin istehsalı olan geyimlərlə təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə