“Borussiya” Dembele ilə vidalaşa bilər

“Borussiya” Dembele ilə vidalaşa bilər

“Borussiya” Usman Dembele ilə vidalaşmağa hazırdır. SİA-nın məlumatına görə, Dortmund klubu fransız futbolçu üçün 120 milyon avro tələb edir. Bu məbləği ödəyən istənilən klub Dembeleni heyətinə qata bilər.

Qeyd edək ki, son günlər Dembelenin adı “Barselona” ilə yanaşı hallanır. Neymarın gedişindən sonra Kataloniya klubunun maraq dairəsində olanlardan biri də məhz fransız futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə