Güləşçilərimiz dünya çempionatına hazırllaşırlar

Güləşçilərimiz dünya çempionatına hazırllaşırlar

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqlarını davam etdirirlər. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər.

Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək.

Avqustun 7-də Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər.

Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb, 20-dək davam edəcək.

Məlumat üçün bildirək ki, dünya çempionatı avqustun 21-dən 26-dək Parisdə baş tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə