"Beşiktaş" futbolçusu Tolgay Arslanla yeni müqavilə imzalayıb. Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, T.Arslan 2015-ci ildə "Hamburq"dan "Beşiktaş"a transfer olunub. O, indiyə kimi oynadığı 74 matçda 2 qol vurub, 7 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB