Dursun Özbək: "Arda Turanın transfer olunması ilə bağlı işlər aparılır"
Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbək Arda Turanı transfer etmək istədiklərini açıqlayıb. SİA klubun rəsmi saytına istinadla xəbər verir ki, Dursun Özbək Arda Turanı "Barselona"dan transfer etmək üçün işlərin aparıldığını bildirib. O deyib: “Arda Turan "Qalatasaray"ın çox yaxşı yetirməsidir. Əlbəttə ki, Ardanın xidmət göstərəcəyi yer "Qalatasaray"dır. Onun "Qalatasaray"a gəlməsini və karyerasını burada bitirməsini istəyirik. Bununla bağlı da bir sıra addımlar atmışıq".
Klubun futbol direktoru Cenk Ergün "Qalatasaray" rəsmilərinin bu həftə İspaniyaya səfər edəcəyini bildirib.
O deyib ki, "Barselona" ilə danışıqlar baş tutsa, futbolçu türk klubuna bir mövsüm üçün icarəyə veriləcək. Daha sonra transferin tamamilə həyata keçəcəyi planlaşdırılıb.
Qeyd edilib ki, "Barselona"nın bəzi oyunçularını satmaq istəməsi türk klubunu daha da həvəsləndirib. Arda geri qayıtsa, "Qalatasaray"ın kapitanlıq sarğısı da ona veriləcək, habelə illik 4,5 milyon avro almaqla klubun ən çox qazanan futbolçusu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB