Millimiz İtaliya yığması ilə yoldaşlıq oyunu keçirəcək

Millimiz İtaliya yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycanın voleybolçu qadınlardan ibarət yığması qitə birinciliyinə hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, iki gün əvvəl Sloveniyaya yollanan komandamız artıq bu ölkədə təlim-məşq toplanışına başlayıb.

Hazırlıqları Mariborda davam etdirən Faiq Qarayevin yetirmələrinin burada bir neçə yoldaşlıq görüşü planlaşdırılır.

Sloveniyadan sonra millimiz İtaliyaya yola düşəcək. Komandamızın bu ölkədə İtaliya yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərədə tutulur.

Qeyd edək ki, yığmamız Sloveniyada tam heyətlə toplaşıb. Bakıdakı təlim-məşq toplanışında iştirak etməyən təcrübəli hücumçumuz Natalya Məmmədova da artıq milliyə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə