"Göztəpə" "Beşiktaş"ın sabiq futbolçusunu transfer etdi

"Göztəpə" "Beşiktaş"ın sabiq futbolçusunu transfer etdi

Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanan "Göztəpə" daha bir transferini rəsmiləşdirib. SİA xəbər verir ki, İzmir təmsilçisi "Beşiktaş" ilə yollarını ayıran Ömər Şişmanoğlunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ömər 2013-cü ildən "Beşiktaş"da çıxış etsə də, bu müddətdə "Əskişəhərspor", "Konyaspor" və "Antalyaspor" klublarında da icarədə oynayıb. Geridə qalan mövsümdə "qara qartallar"ın heyətində 8 oyuna çıxan forvard 2 qola imza atıb. O, daha öncə "Sankt-Pauli" və "Kayserispor" klublarında da forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə