UEFA Serbiyanı Avrokuboklarda təmsil edən "Partizan"ı cəzalandırıb. SİA-nın məlumatına görə, Belqrad klubu evdə oynayacağı növbəti 2 avrokubok matçını boş tribunalar önündə keçirəcək.
Buna səbəb "Buducnost" və "Olimpiakos"la oyunlarda serb azarkeşlərin irqçi şüar səsləndirməsi, pirotexniki vasitələr atması və meydana qaçmasıdır. "Partizan" şərti olaraq 1 oyunu azarkeşsiz keçirmək daxil olmaqla, 130 min avro cərimə də ödəməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB