"Zirə" "Səbail"lə matça itkilərlə çıxacaq

"Zirə" "Səbail"lə matça itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turunda öz meydanında debütant "Səbail"i qəbul edəcək "Zirə" matçın hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, "qartallar"ın iki əsas futbolçusu "Səbail"lə matçı buraxacaq.

Hücumçu Kevan Belfor və müdafiəçi Jozef Bum ilk turda meydanda olmayacaqlar. Bir müddətdir ki, zədədən əziyyət çəkən futbolçuların matç gününə qədər sağalmaları yetişməyəcək.

Digər zədəli Riçard Qadze isə kollektivlə məşqlərə başlayıb. Baş məşqçi Ayxan Abbasovun şans verəcəyi təqdirdə, hücumçu "Səbail"ə qarşı oynayacaq.

Qeyd edək ki, "Zirə" - "Səbail" oyunu avqustun 13-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə