Mirça Luçesku: "Türkiyə yığması mənim son iş yerimdir" AÇIQLAMA

Mirça Luçesku: "Türkiyə yığması mənim son iş yerimdir" AÇIQLAMA

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku “ay-ulduzlular”ın “sükanı arxasına” keçməsinin səbəblərini açıqlayıb. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, türklərlə müqaviləsi başa çatdıqdan (2+1 il) sonra məşqçi fəaliyyətinə son qoyacaq: “Razılaşmam yekunlaşan kimi, istirahətə çəkiləcəyəm. Bir sözlə, Türkiyə yığması mənim son iş yerimdir. Seçmə mərhələdə 4 oyunumuz və final mərhələsinə yüksəlmək üçün yaxşı şanslarımız var. Türkiyə yığmasından gələn təklifi maliyyə və peşəkarlıq baxımından qəbul etdim. Milli ilə dünya çempionatına yüksəlmək, uzun karyeramın əla sonluğu olar”.

Qeyd edək ki, Türkiyədə həm “Qalatasaray”, həm də “Beşiktaş”la ölkə çempionluğunu qazanan rumıniyalı “sarı-qırmızılar”la UEFA Superkubokuna yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə