Uesli Sneyderin “Nitsa”ya keçidi rəsmiləşib

Uesli Sneyderin “Nitsa”ya keçidi rəsmiləşib

“Qalatasaray”dan ayrılan Uesli Sneyderin “Nitsa”ya keçidi rəsmiləşib. Qol.az-ın Fransa klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib. Sneyder Hollandiya millisi və “Qalatasaray”da olduğu kimi yeni klubunda da 10 nömərli formanı geyinəcək. Xatırladaq ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə