"Borussiya"nın idman direktoru: "Bu barədə danışmaq məntiqə sığmır" AÇIQLAMA
"Borussiya"nın idman direktoru Mixael Zork komandanın gənc ulduzu Usman Dembelenin "Barselona"ya transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. SİA-nın məlumatına görə, Dortmund klubunun rəsmisi bu məlumatları təkzib edib: "Dembelenin transferi ilə bağlı heç bir komanda ilə anlaşma əldə etmədik. Dembele bizim futbolçumuzdur. Bu barədə danışmaq məntiqə sığmır".
Qeyd edək ki, Neymarı PSJ-yə 222 milyon avroya satan "Barselona"nın Dembeleni transfer hədəfinə aldığı barədə məlumatlar dolaşırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB