"Kəpəz" "Karvan"ı məğlub edib

“Kəpəz”in əvəzedici komandası yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, əvəzedicilər Yevlaxın “Karvan” klubu ilə qarşılaşıb.

Rəqib meydanında reallaşan oyun “sarı-göylər”in 4:1 hesablı qələbəsi ilə nəticələnib.“Kəpəz”in heyətində Talıb Rzayev dubl edib. Eltac Mirzəyev ilə Ruslan Süleymanov isə hərəyə bir dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə