“Real” və “Mançester Yunayted” arasında sabah keçiriləcək UEFA Superkuboku uğrunda matç Makedoniyanın Skopye şəhərində baş tutacaq. SİA-nın məlumatına görə, “Real”ın baş məşqçisi Zinəddin Zidan oyunöncəsi açıqlamasında komandanın hazırlığı, hədəfləri və iddialarından danışıb: “Həmişə daha artığını istəyirik. Titulların qazanılması da çox faydalıdır. Mövsümə uğurlu start vermək və Superkubokun “Mançester Yunayted”lə görüşündə nəticə qazanmaq vacibdir. Mövsümün ilk rəsmi matçının əhəmiyyətini dərk edirik. “Real” qatıldığı hər bir yarışda qələbə üçün mübarizə aparan komandadır. Ötən mövsüm biz təkcə ilk yarıda deyil, bütün mövsümü uğurlu keçirmişdik. Hədəfimiz dəyişməyib. Güclü heyətimiz var və ötən mövsümün uğurlarını təkrarlamaq istəyirik. Çempionlar Liqasını ardıcıl 3-cü dəfə qazanmaq istəyirik. Artıq iki il ardıcıl əldə etdiyimizi yenə reallaşdırmağa çalışacağıq. Amma bunu gerçəkləşdirmək asan olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB