Velosipedçimiz Ukraynada 3-cü oldu

Velosipedçimiz Ukraynada 3-cü oldu

Ukraynanın Odessa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Ribas” turu keçirilib. SİA-nın məlumatına görə, birgünlük yarışda Azərbaycan yığma komandasının 4 üzvü – Elçin Əsədov, Ənvər Asanov, İsmayıl İlyasov və Musa Mikayılzadə iştriak edib.

Velosipedçilərimizdən ən yüksək nəticəyə yığmamızın lideri Elçin Əsədov imza atıb. O, 154 km məsafəni 3 saat, 42 dəqiqə, 55 saniyəyə qət edərək finişxəttini 3-cü keçib. Bu nəticə idmançımıza 25 reytinq xalı qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə