"Kopenhagen"nin baş məşqçisi: "Komandamın üzərində təzyiq var" AÇIQLAMA
"Brondbü" layiqli qələbə qazandı. Onlar yaxşı oynadılar, bizdən daha çox hücumlar etdilər. Xüsusən də ikinci hissə bizim üçün kabus kimi idi. Öz oyunumuzu göstərə bilmədik". SİA-nın məlumatına görə, bu sözləri Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stale Solbakken deyib.
O, komandasında çatışmazlıqlar olduğunu bildirib: "Düşünürəm ki, biz rəqibdən güclü olmalı idik. Çünki "Brondbü" bir neçə gün öncə Avropa Liqasında matç keçirib və bir qədər yorğundur. Amma bizim gözlədiyimizin əksi oldu. Komandamızda bəzi çatışmazlıqlar var və onları tez bir zamanda aradan qaldırmalıyıq".
Çalışdırıcı komandasının üzərində təzyiq olduğunu vurğulayıb: "Həm Çempionlar Liqasında, həm də çempionatda mübarizə aparırıq. İki cəbhədə vuruşsaq da, daxili çempionatda çox xal itkisinə yol verə bilmərik. Mövsümün əvvəli olsa da, komandamın üzərində təzyiq var".
Xatırladaq ki, "Kopenhagen" ölkə çempionatının 4-cü turunda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbi oyunu "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi üçün uğursuz alınıb. Son dəqiqədə Tibblinqin vurduğu qol “Kopenhagen”in 0:1 hesablı yenilgisinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB