Bahodir Nasimov avqust ayının ən yaxşı futbolçusu seçilib

Bahodir Nasimov avqust ayının ən yaxşı futbolçusu seçilib

"Neftçi" PFK-nın futbolçusu Bahodir Nasimov avqust ayının ən yaxşı futbolçusu seçilib. Flaqmanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Özbəkistan yığma komandasının hücumçusu Peşəkar Futbol Liqasının media işçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ən yaxşı olub. Xatırladaq ki, Nasimov "Neftçi"nin heyətində meydanda olduğu bütün oyunlarda qol vurub. O, 9 qolla Premyer Liqanın bombardirləri siyahısına başçılıq edir.

Ötən ay keçirdiyi 4 görüşün hamısında fərqlənən Nasimov bu gün "Uniplaza"da təşkil olunacaq tədbirdə mükafatına qovuşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə