“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib

Türkiyə çempionu “Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, “qartallar” İngiltərənin “Sanderlend” klubunun hücumçusu Jermeyn Lensi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

29 yaşlı futbolçu sosial şəbəkədi şəxsi hesabında “Beşiktaş”ın formasında şəkil də paylaşıb. Türkiyə mətbuatında İstanbul klubunun Hollandiya millisinin üzvünün transferi üçün 5 milyon avro ödədiyi qeyd edilir. "Qartallar"ın artıq Türkiyədə olan futbolçu ilə qısa zamanda rəsmi müqavilə imzalaması

Xatırladaq ki, Lens son mövsümü icarə əsasında Türkiyənin digər klubu “Fənərbaxça”da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə