“Napoli” Aleksandr Zinçenkonun transferi ilə bağlı “Mançester Siti”yə rəsmi təklif göndərib. SİA-nın məlumatına görə, bir müddət əvvəl ukraynalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirmək istədiyini bildirib. “Napoli” də məhz bundan sonra Mançester təmsilçisi ilə danışıqlara start verib.
“Şəhərlilər” gənc futbolçu ilə birdəfəlik vidalaşmağı düşünmədiyindən “Napoli”nin Zinçenkonu icarə əsasında heyətinə qatacağı gözlənilir.
Qeyd edək ki, ukraynalı futbolçu ötən mövsümü icarə əsasında PSV-də keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB