"Zaqatala" "Səbail"i məğlub edib

"Zaqatala" "Səbail"i məğlub edib

I Divizionda mübarizə aparan "Zaqatala" yeni mövsümün hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Şaban Şirdanovun yetirmələri hazırlıq matçında qüvvəsini sınayıb. Zaqatalalılar Premyer Liqa təmsilçi "Səbail"in 19 yaşlılardan ibarət komandası ilə üz-üzə gəlib.

Zaqatala Olimpiya Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Görüşdə yeganə qolun müəllifi Rəhman Şabanov olub.

Qeyd edək ki, avqustun 12-də bu komandalar arasında daha bir oyun keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə