“Borussiya”nın futbolçusu “Barselona”ya keçir?

“Borussiya”nın futbolçusu “Barselona”ya keçir?

“Borussiya”nın futbolçusu Usman Dembele “Barselona”da oynaya bilər. “L'Equipe” nəşrinin yazdığına görə, 20 yaşlı fransalı yarımmüdafiəçinin Kataloniya klubuna keçidi məsələsi Naymarın PSJ-yə transferindən sonra daha da aktuallaşıb.

Tərəflər arasında danışıqların müsbət nəticələndiyi, yaxın vaxtlarda transferin rəsmən elan olunacağı iddia edilib. Dembeleyə görə “Barselona”nın Dortmund klubuna 100 milyon avro təzminat ödəyəcəyi də bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə