Uesli Sneyder Fransa klubunda!

“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder karyerasını Fransada davam etdirəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçisi bu gün Nitsaya gedib. Onun sabah tibbi müayinədən keçəcəyi, daha sonra bu şəhərin eyniadlı klubu ilə müqavilə bağlayacağı bildirilib.

Xatırladaq ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə