Azərbaycan yığmasının keçirəcəyi oyunların hakimləri müəyyənləşib
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların hakimləri müəyyənləşib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-də keçiriləcək Azərbaycan – Portuqaliya oyununu norveçli Tom Harald Hagen idarə edəcək. Yunanıstan – Azərbaycan (13 oktyabr) və Azərbaycan – Gürcüstan (16 oktyabr) qarşılaşmasının baş hakimi isə slovakiyalı Mario Vlk olacaq.
Xatırladaq ki, yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları Portuqaliyada keçiriləcək və hər üç qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB