“Qarabağ” "döyüşə" nə vaxt çıxır?

“Qarabağ” "döyüşə" nə vaxt çıxır?

Danimarka çempionu ilə keçiriləcək pley-off oyunlarının başlama vaxtı məlum olub

Ağdamın “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off matçlarının başlama saatları məlum olub. UEFA-nın rəsmi saytı xəbər verir ki, avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq ilk qarşılaşma saat 20:00-da başlayacaq. Bu, həm də günün ilk oyunu olacaq.

Cavab görüşü isə avqustun 23-də Danimarkada Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub. Görüş Kopenhagendəki “Telia Parken” stadionunda keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın çempionu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia”, üçüncü təsnifat raundunda isə Moldovanın “Şerif” klublarını mübarizədən kənarlaşdıraraq turnirin pley-off mərhələsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə