İrlandiya millisinin sabiq futbolçu Robbi Kinin yeni komandası bəlli olub. Qol.az-ın məlumatına görə, 37 yaşlı hücumçu karyerasını Hindistanda davam etdirəcək. O, "Atletiko de Kolkata" klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, son olaraq ABŞ-ın "Los Anceles Qalaksi" klubunda çıxış edən Kin "İnter", "Tottenhem" və "Liverpul" kimi komandalarda da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB