"Beş potensial rəqibimiz var idi. Fikrimcə, həmin klublar arasında ən güclüsü "Riyeka" idi. Amma tək "Riyeka"nı güclü saymaq lazım deyil. Bu mərhələyədək irəliləyən bütün komandalar güclüdürlər". SİA-nın məlumatına görə, bu sözləri Danimarkanın "Kopenhagen" klubunun idman direktoru Yohan Lange deyib.
Klubun rəsmi saytına açıqlama verən Y. Lange UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkünün nəticəsindən razı qaldıqlarını bildirib: "Bizim rəqibimiz "Qarabağ" oldu. Bir pis məsələ odur ki, rəqiblə ilk oyunu səfərdə oynayacağıq. Uzun bir səfərə çıxacağıq. Ona görə çətin olacaq. Qısa bir zamanda rəqib haqqında hər şeyi öyrənə bilmərik. Lakin komandamızı ən yaxşı şəkildə hazırlayacağıq. Yenə deyirəm, uzun bir yol var. Təxminən 7 saat Bakıya uçacağıq".
Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ"ın rəqibi Danimarka təmsilçisi olub.
Pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB