Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparır. Yığma komandamızın 2 üzvü yarışda iştirak edir.
48 kq-da mübarizə aparan Türkan Nəsirova bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Güləşçimiz ardıcıl olaraq Avstriya və Türkiyə təmsilçilərini vaxtından əvvəl, Qazaxstan və Tunis idmançılarını isə böyük xal fərqi ilə mübarizədən kənarlaşdırıb. Final görüşündə onun rəqibi Yaponiya idmançısı olacaq.
55 kq çəkidə yarışan Leyla Qurbanova ilk görüşündə Koreya idmançısına vaxtından əvvəl qalib gəlib. Ardınca Yaponiya təmsilçisinə uduzan güləşçimiz rəqibin finala yüksəlməsilə təsəlliverici görüşə qatılıb. Macarıstan təmsilçisi ilə gərgin keçən görüşü qalib başa vuran Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
48 kq
FİNAL - Kika Kagata (JPN) - Türkan Nəsirova
1/2 final - Sarr Hamdi (TUN) - Türkan Nəsirova 4:13
1/4 final - Marina Zaxşevskaya (KAZ) - Türkan Nəsirova 6:11
1/8 final - Türkan Nəsirova - Zeynep Yetgil (TUR) 12:2 tuşe
1/16 final - Türkan Nəsirova - Kim Marlies Gmeiner (AUT) 6:0 tuşe
55 kq
Bürünc medal görüşü - Leyla Qurbanova - Olena Kremzer (UKR)
Təsəlliverici görüş - Tamara Dollak (HUN) - Leyla Qurbanova 7:15
1/4 final - Sae Nanjo (JPN) - Leyla Qurbanova 10:0
1/8 final - Leyla Qurbanova - Eunyoung Park (KOR) 6:0 tuşe
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB