Qurban Qurbanov: "Oyuna maksimum şəkildə hazırlaşacağıq” AÇIQLAMA

Qurban Qurbanov: "Oyuna maksimum şəkildə hazırlaşacağıq” AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri olan “Kopenhagen” klubu haqda fikirlərini bildirib. SİA-nın məlumatına görə, 45 yaşlı çalışdırıcı şanslarından maksimum istifadə etməyə çalışacaqlarını deyib: “Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik. Bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız isə azdır. İstənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib, oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə