I Divizionda yeni mövsümə hazırlaşan “Zaqatala” klubu məşqlərini davam etdirir. SİA-nın məlumatına görə, Şaban Şirdanovun yetirmələri iki yoldaşlıq oyunu keçirəcək.
Hər iki oyunda “Zaqatala”nın rəqibi “Səbail”in U-19 komandası olacaq. Birinci görüş avqustun 6-da, ikinci isə avqustun 12-də baş tutacaq.
Qeyd edək ki, oyunlar Zaqatala Olimpiya Kompleksinin stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB